Müsahibə

Xankəndidə qorxunc gecə: 200 çılpaq insan bizə tərəf qaçırdı – VİDEO

Xankəndidə qorxunc gecə: 200 çılpaq insan bizə tərəf qaçırdı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sentyabrın 25-də partlayış baş verəndə bizim üçün ağır və çətin vəziyyət yaranmışdı. Biz müharibə vəziyyətində işləməyə öyrəşmişdik, amma bu, tamam başqa durum idi”.
7Times.az  globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Pastinfo”ya müsahibəsində Xankəndi xəstəxanasının keçmiş direktoru Mher Musayelyan deyib.
“Dəhşətli gün idi… 200 nəfər tamamilə çılpaq və yanmış insan qışqıra-qışqıra xəstəxanaya daxil oldular. İnsanların içəri girməsinin qarşısını almaq üçün qapının qarşısında dayanmalı olduq. Qapının ağzında insanlara ağrıkəsiciləri verməyə başladıq. Dəhşətli vəziyyət idi”, – o bildirib.
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində təxminən 200 erməni həlak olub.