Münaqişə

Düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyi açıqlandı – RƏSMİ

Düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyi açıqlandı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Baş Prokurorluğu Tərtərə edilən hücumla bağlı məlumat yayıb.

7times.az xəbər verir ki, məlumatda Tərtərdə yaralanan mülki şəxs barədə açıqlanıb:

“Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 17.00 radələrində Tərtər rayonu Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət almışdır. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir”.