Ölkə

Azərbaycan banklarında əmanətlərin həcmi AZALIR

Azərbaycan banklarında əmanətlərin həcmi AZALIRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar. Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan  12 milyard 564 milyon manatadək azalıb. Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalmaq qeydə alınıb. Əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərsə də, belə də nəzərə alınmalıdıır ki, bu ilin fervarlından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməkdədir.

7Times.az  xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərib:

“Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir. Gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi.  Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.