Dünya

“Moskva Kiyevlə danışıqlara hələ də hazırdır” – PESKOV

“Moskva Kiyevlə danışıqlara hələ də hazırdır” – PESKOVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Kiyevlə danışıqlara hazırdır və tələblərinin yerinə yetirilməsinə siyasi və diplomatik yollarla nail olmağa üstünlük verir.

“Prezident dəfələrlə deyib ki, bizim üçün əsas olan məqsədlərimizə nail olmaqdır. Və təbii ki, biz bunu ilk növbədə siyasi və diplomatik vasitələrlə etməyə üstünlük verərdik. Ona görə də biz danışıqlara hazırıq”, o RTVI-ya bildirib.Peskov xatırladıb ki, danışıqlar prosesi Ukrayna tərəfindən kəsilib. “Onlar özləri də etiraf etdilər ki, bu, Britaniyanın, ingilislərin sifarişi ilə edilib. Ona görə də vəziyyət tamamilə göz qabağındadır”, – o qeyd edib.