Günəbaxan yağı müalicəvi xüsusiyyətlərinə görə tibb mütəxəssisləri tərəfindən çox yüksək qiymətləndirilmişdir. Belə ki, günəbaxan yağının tərkibi heyvan yağlarından fərqli olaraq doymamış yağlarla zəngindir. Ona görə də qida məhsullarının hazırlanmasında ən çox günəbaxan yağından istifadə olunmasını məsləhət görürlər.
Çünki günəbaxan yağı damarların divarlarına heç bir ziyanlı təsir göstərmir. Bundan başqa günəbaxan yağı bir də ona görə qiymətli sayılır ki, onun tərkibində çoxlu miqdarda F vitamini vardır. Bunun orqanizmdə azlığı nəticəsində mədə-bağırsaq sisteminin selikli qişasına, damarların zədələnməsinə (sklerozdan infarkta qədər), artrit, qara ciyərin xroniki xəstəliyi, orqanizmin virus və bakteriyalara qarşı zəifləməsinə gətirib çıxardır.
Avitaminoz va hipovitaminoz zamanı karotin tərkibli yağlardan istifadə etmək məsləhət görülür. Bunun üçün bir stəkan ərik qurusunu yuyub, qurudun. Qurutduqdan sonra üzərinə bir stəkan təmizlənmiş, yağ əlavə edib 7 gün qaranlıq yerdə saxlaym. Sonra süzüb yemək qabağı 1-2 xörək qaşığı qəbul edin və yaxud salatm üzərmə töküb yeyin. Böyrak va öd kisasi xastaliklannda (öd daşlarında, ödyolları xastəliklarinda, öd daşlarının tökülmasinda).
Səhər tezdən acqarına bir xötək qaşığı təmizlənməmiş günəbaxan yağı qəbul etmək məsləhətdir. Rinit va angina zamanı. Stəkanın 1/2 hissəsi qədər günəbaxan yağı götürüb qaynama dərəcəsinə gətirib sonra su hamamında 10 dəqiqə saxlayıb soyudun və üzərinə bir diş əzilmiş sarımsaq əlavə edib, 8 saat dəmlədikdən sonra süzüb 3-5 damcı qəbul edin. Mada va onikibarmaq bağırsağın müalicasi üçün. 3 xörək qaşğı günəbaxan yağmdan götürüb bankaya tökün o qədər də üzərinə araq əlavə edib, ağzmı qapaqla möhkəm bağlayın. Sonra gündə 3 dəfə bir xörək qaşığı yeməkdən qabaq qəbul edin.
Artrit, revmatizm, miozit, radikulit va paralic naticasinda baş veran qıcolmoları aradan qaldırmaq üçün. 30 ədəd dəfnə yarpağını narın hissəyə sahb şüşə bankaya töküb, üzərinə 1 stəkan günəbaxan yağı əlavə edin. 10 306 gün qaranlıq yə isti yerdə saxlayın.
Süzüb təmizlədikdən sonra axşamlar ağrıyan nahiyənin üzərinə sürtüb bağlayın. Sas tutulmalarında. Stəkanın 1/2 hissəsi qədər günəbaxan yağı götürüb su hamamında qızdırıb pambıq parçaya hopdurub axşam və səhər kompres əvəzi kimi istifadə edin. Kompresi götürdükdən sonra udlaq hissənizi ehtiyatla massaj edin. Bu əməliyyatdan sonra udlaq sahəsində qan dövranı yaxşlaşacaq və qısa bir müddət ərzində səs öz normal həddinə düşəcəkdir. Günəbaxandan ağıllı və şüurlu surətdə istifadə etməyi bacarsaq bir çox qorxunc xəstəlikləri müalicə edə bilərik