Reyhan adi göyərti deyil, bu əsl müalicəvi bitkidir. Reyhan haqqında məlumatlar dahi İbn Sinanın elmi işlərində tapılıb.
Saglamolun.az bildirir ki, İbn Sina bu bitkidən sinir sistemi xəstəlikləri, yuxusuzluq zamanı istifadə etməyi tövsiyə edirdi.
Reyhan yorğunluq zamanı orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir, stress və gərginlik zamanı əksinə sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, yuxunu tənzimləyir.
Qədim zamanlarda reyhan əsasında müalicəvi dəmləmələr çox geniş istifadə olunurdu. Belə dəmləmələrin köməyi ilə tənəffüs və sinir sistemi xəstəlikləri, bağırsaq spazmları, baş və menstruasiya ağrıları, kişilərdə impotensiyanı və s. müalicə edirdilər. Hal hazırda da reyhan çayı Hindistanda və bəzi digər Asiya ölkələrində ənənəvi və həmçinin müqəddəs içki, “Tanrı içkisi” sayılır.
Sizə müalicəvi reyhan çayının reseptini təqdim edirik.
– 4-5 yarpaq reyhan
– 2-3 yarpaq nanə
– 1 ədəd mixək (əzilir)
– 1 ədəd hil (əzilir)
– 1 dilim limon
– bal (zövqə görə)
Hazırlanması:
Reyhan, nanə, hil və mixək 1 stəkan qaynar suda dəmlənilir. Çay ilıq olanda 1 dilim limon və zövqə görə bal əlavə olunur.
Çay orqanizmə ümumimöhkəmləndirici və müalicəvi təsir edir – spazmları və iltihabları azaldır, mikrobları öldürür, immun sistemini möhkəmləndirir, sakitləşdirir, gərginliyi azaldır, yuxusuzluğu müalicə edir, mədə-bağırsaq və ürək-damar sisteminə müsbət təsir edir, beynin fəaliyyətini yaxşılaşdırır.
Həmçinin belə çay antioksidantlarla zəngin olduğundan orqanizmi xərçəng xəstəliklərinin inkişafından qoruyur.
Follow @7timesaz