Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borrelin Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi imkanın olması ilə bağlı bəyanatı ilə razıyam.
7Times.az xəbər verir ki. bunu Ermənistan parlamentinin regional və Avrasiya inteqrasiyası üzrə daimi komissiyasının sədri Vaqarşak Akopyan deyib.“Hesab edirəm ki, bu gün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin alternativi olmadığı barədə qarşılıqlı anlaşma var. Bu, son dövrlərdə əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir. Uzun müddətdir ki, Ermənistan sülh müqaviləsi imzalamağa doğru irəliləyir”, – Akopyan bildirib.
Follow @7timesaz