Ölkə

Dollara maraq artıb, manatın məzənnəsi dəyişəcək? – ŞƏRH

Dollara maraq artıb, manatın məzənnəsi dəyişəcək? – ŞƏRHbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dollara tələb artmaqda davam edir. Son 2 günün hərraclarında 140 milyon dollar satılıb. Bütövlükdə isə Mərkəzin Bankın dekabrın ilk yarısında təşkil etdiyi son 4 hərracda 279,9 milyon dollarlıq sifariş yaranıb”.

7Times.az  xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Mütəxəssis bildirib ki, dollara tələbin artması daha çox mövsümi amillərlə bağlıdır:

“Dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Belə ki, dövlət və özəl müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı xarici səfərlərin çoxalması dollara tələbi artırır.

Bununla yanaşı, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağının öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Mart, avqust və dekabr aylarında dollara mövsümi səbəblərdən tələb yüksəlir. Hərracların keçirilməsinin mütəmadiliyi ilə bu tələbin daha çevik tənzimlənməsi mümkündür”.

Millət vəkili bu prosesin manatın məzənnəsinə mümükün təsiri ilə bağlı deyib ki, bu, Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq:

“Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır”.