Hərbi

“Biz qisas alacağıq!”  Ukrayna rəhbərliyindən və ordudan reaksiyalar

“Biz qisas alacağıq!” – Ukrayna rəhbərliyindən və ordudan reaksiyalarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya səhər zərbəsi zamanı Rusiya 110-a yaxın raket atıb, onların əksəriyyəti vurulub. Lakin yenə də ölümlər və dağıntılar var.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayan Prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, ruslar Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojye və digər şəhərlərə hücum ediblər. Doğum evi, təhsil müəssisələri, ticarət mərkəzi, hündürmərtəbəli və fərdi yaşayış evləri, ticarət anbarı, avtomobil dayanacağına ziyan dəyib.

 

Zelenski əlavə edib ki, bütün xidmətlər gücləndirilmiş rejimdə işləyir və insanlara lazımi yardım göstərir: “Bu gün Rusiya arsenalında olan demək olar ki, hər şeylə vurdu: “”Kinjal”-lar, “S-300”-lər, qanadlı raketlər, PUA-lar. Strateji bombardmançı təyyarələr X-101/X-505 raketləri atdılar. Təxminən 110 raket atıldı, əksəriyyəti vuruldu. Təəssüf ki, hücum nəticəsində ölən və yaralananlar var”.

Prezident həlak olanların yaxınlarına başsağlığı verib və Rusiyaya layiqli cavab veriləcəyini vəd edib: “Terrorçulara hücumlarına görə mütləq cavab verəcəyik. Biz ölkəmizin, hər bir şəhərimizin və bütün xalqımızın təhlükəsizliyinə zəmanət vermək üçün mübarizə aparacağıq. Rusiya terroru məğlub olmalıdır və bu, baş verəcək”.

 

Məlum olub ki, bugünkü hücum müharibə başlayandan bəri Ukraynaya qarşı ən böyük hava hücumu olub. Belə ki, Ukraynaya kütləvi hücum zamanı Rusiya 158 hava hücumu silahından – müxtəlif tipli raketlərdən və PUA-lardan istifadə edib. 27 “Şahed” PUA-sı və 87 qanadlı raket vurulub. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib.

 

 

Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşşuk da bunun ən kütləvi hücum olduğunu qeyd edib: “Ən kütləvi hava hücumu. Dekabrın 29-da 158 hava hədəfindən 114-ü məhv edildi. Döyüş bacarığına görə hər kəsə təşəkkürlər! Çoxlu insan həyatı xilas edildi! Biz qisas alacağıq! Biz qalib gələcəyik!”