Artıq uzun zamandır ki, qəhvə ən populyar ofis içkisi sayılır.
O, stimullaşdıraraq orqanizmin aktivliyini artırır və ən əsası arterial təzyiqə heç bir təsir göstərmir. Hamımız bilirik ki, 1 fincan qəhvədən sonra diqqət və gümrahlığımız artır.Bu yaxınlarda amerika alimləri belə qənaətə gəiblər ki, qadın orqanizminin normal funksiyası üçün qəhvə zəruridir. Bir neçə il aparılan tədqiqatlarda 84000 qadın və 42000 kişi iştirak edib. Nəticələr belədir ki, gündə 2 fincan qəhvə içən xanımlar ürək- damar sistemi xəstəliklərinə tutulma təhlükəsinə 25 % daha az məruz qalırlar. Həmçinin qəhvə sevən xanımların digər xəstəliklərdən də ölüm faktoru 18 daha azdır. Səbəb, qəhvənin tərkibində “taninin” olmasıdır, o , isə damarları gücləndirərək ürəyin işini yaxşılaşdırır. Eyni maddə qaraciyərin işini normallaşdırır və astma təhlükəsini xeyli aşağı salır.
Follow @7timesaz