2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 1 500-dən çox əməkdaşına təxminən 300 min manat bonus ödəyib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq şirkətdən bildirilib.
“Bu, hər bir əməkdaşın aylıq gəlirinin orta hesabla 190 manat artması deməkdir”,- məlumatda qeyd olunub.
Xatırladaq ki, “Azərpoçt” ötən ildən əməkdaşlarının aylıq gəlirlərinin artırılması üçün bonus sisteminin tətbiqinə başlayıb.
Follow @7timesaz