Ölkə

Ölkəmizdə dollara tələbat kəskin artıb – Rəsmi

Ölkəmizdə dollara tələbat kəskin artıb – Rəsmibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 75,1 milyon ABŞ dolları satılıb.

 

Bu barədə 7Times.az -a AMB-dən məlumat verilib.

 

Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 75,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

 

Bu, daha öncə mayın 2-də keçirilən hərracda olan tələbatla müqayisədə 1,6 milyon ABŞ dollar və ya 2,2 % çoxdur.

 

Xatırladaq ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

 

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərçənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.