Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
7Times.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,17 dollar və ya 0,2 faiz azalaraq 85,06 dollar olub.
Dünya birjalarında dogər markalardan da olan neft ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,09 dollar azalaraq 82,79 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar azalaraq 78,26 dollar təşkil edib.
Follow @7timesaz