Cəmiyyət

Azərbaycanda 162 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda 162 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, 1 727 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.