1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xaçmaz şəhərindəki Zəfər Parkı xüsusi zövqlə bəzədilib. Bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qəhrəman oğullarımızın yadıgar övladları, təhsil ocaqlarının kollektivləri iştirak ediblər.
Tədbir iştirakçıları parkı gəzərək Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeçiliyində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının, o cümlədən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanan müxtəlif əl işlərindən ibarət sərgiyə və güşəyə baxış keçiriblər.
Follow @7timesazNümayiş etdirilən rəsm əsərləri və uşaqların vətənpərvərlik mövzusunda hazırladığı ədəbi kompozisiyalar, müxtəlif səhnəçikləri, iştirakçılar tərəfindən maraqla izlənilib.Gülay7Times.azXaçmaz