Səudiyyə Ərəbistanı Sərhəd Mühafizə Qüvvələrinin komandanı, general Avad bin İyd Avdə əl-Bələvi də daxil olmaqla, 5 yüksək vəzifəli dövlət rəsmisi postlarından uzaqlaşdırılıb.
7times.az xəbər verir ki, dövlət rəsmilərinin və generalın korrupsiya ittihamı ilə istefaya göndərildikləri bildirilib.
İstefaya göndərilən şəxslər arasında Umluc və Əl-Vaç bölgələrinin valiləri və bu bölgələrdəki sərhəd qüvvələrinin komandanları (generallar) yer alıb.
Korrupsiyaya qarşı Mübarizə İdarəsi vəzifələrindən uzaqlaşdırılan şəxslər barədə cinayət işi açıb.
teleqraf.com
Follow @7timesaz