Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında partlayış baş verib.
7times.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib.
İlkin məlumata görə, Batova küçəsindəki 5 nömrəli binada qaz sızması nəticəsində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb.
Binanın 3-5-ci mərtəbələrinin ön hissəsi çöküb.
Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirir. APA
Follow @7timesaz