Siyasət

DİQQƏT: Bu şəxslər 3000 manat cərimələnəcək

DİQQƏT: Bu şəxslər 3000 manat cərimələnəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

7times.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 192.12-ci maddə əlavə edilir:

“192.12. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə -vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.”.

Həmçinin, 599-cu maddənin adında və mətnində “Ali” sözü “Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali” sözləri ilə əvəz edilir.