Dünya

Rusiyada partlayışda ölənlərin sayı artdı – VİDEO – YENİLƏNİB

Rusiyada partlayışda ölənlərin sayı artdı – VİDEO – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda ölənlərin sayı 4 nəfərə çatıb.

7times.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib.

Qeyd edilib ki, partlayışdan sonra yanğın baş verib. 60 nəfərdən çox sakin binadan təxliyə edilib.

***

22:26

Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında partlayış baş verib.

7times.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib.

İlkin məlumata görə, Batova küçəsindəki 5 nömrəli binada qaz sızması nəticəsində baş verən partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb.

Binanın 3-5-ci mərtəbələrinin ön hissəsi çöküb.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirir. APA