Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə 7times.az-a TƏBİB-dən bildirilib.
Səbəb kimi qeyd olunub ki, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş həcminə təsir göstərir:
“Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”.
Follow @7timesaz