Ölkə

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2% və ya 127.5 milyon ABŞ dolları artıb.

Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac 7.8% azalaraq 656 milyon 46 min dollara, Rusiyadan Azərbaycana ixrac isə 10.6% artaraq 1 milyard 916.7 milyon dollara bərabər olub.

Bu dövrdə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu dövrdə Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz ( pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair) meyvə şirələri, ilkin formalı propilen sopolimerləri və başqa məhsullar ixrac edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 9.57%-nə bərabər olub.

Xatırladaq ki, cari ilin yeddi ayında Azərbaycanın ticarət dövriyyəsi 26 milyard 892 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 1 milyard 874.7 milyon ABŞ dolları təşkil edib.