Bu gün Xaçmaz daha bir şəhidi ilə vidalaşıb.
7times.az–ın məlumatına görə, rayonun Müşkür kəndində keçirilən 2-ci Qarabağ savaşında qəhrəmancasına şəhid olmuş Cabbar Əşrəf oğlu Əkbərovun dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Xaçmazın İH başçısı Elnur Rzayev 18 yaşlı şəhid Cabbar Əkbərovun ailəsinə dərin hüznlə başsağlığı verib. Bildirib ki,”Qarabağda şanlı tarix yazan Cabbar kimi oğulların qanı yerdə qalmadı,torpaqlarımız azad edildi,tarixi qələbə qazandıq”.
Rayon rəhbəri şəhidin cənazəsinin büküldüyü Azərbaycan bayrağını atası Əşrəf Əkbərova təqdim edib. Şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, dekabrın 6-da igid oğulları ilə fəxr edən Xaçmaz daha bir şəhidini-19 yaşlı əsgər Rauf Babayevi torpağa tapşırıb.
Allah rəhmət eləsin! Şəhidlər ölməz!
Follow @7timesaz