Cəmiyyət

Ziya Məmmədovun gəlininin modalar evi bağlandı

Ziya Məmmədovun gəlininin modalar evi bağlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı Fəridə Məmmədovanın sahibi olduğu moda evi fəaliyyətini dayandırıb.

7times.az Mediapost.az-a istinadən xəbər verir ki, Fəridə Məmmədovanın iştirakı ilə 2016-cı ilin aprel ayında Bakı şəhəri, Rəsul Rza küçəsi 3/5a ünvanında təmtəraqla açılışı olmuş “NAZ Couture” moda evi bağlanıb.

Artıq sözügedən ünvanda geyim mağazası fəaliyyət göstərir.

Modalar evinə məxsus telefonlar da söndürülüb və şirkətin rəsmi saytı isə aylardır yenilənmir.

Qeyd edək ki, o, sabiq kənd təsərrüfatı naziri və hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun qızıdır. Fəridə Məmmədova bir vaxtlar təqdim etdiyi geyimlərə görə Türkiyədə məşhurlaşmışdı.