Rusiyanın Yaroslavl şəhərində qaz partlayışı nəticəsində dağılmış binada axtarış-xilasetmə işləri başa çatıb.
7times.az-ın RİA novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Qərargahının rəhbəri Oleq Boçarov bildirib ki, sonuncu olaraq 8 yaşlı uşağın meyiti dağıntılar altından çıxarılıb.
O, bütün sakinlərin aqibətinin məlum olduğunu, hadisə nəticəsində 3 nəfərin öldüyünü, dörd nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını deyib.
Partlayış nəticəsində 12 mənzilə ziyan dəyib, onlardan altısı tamamilə dağılıb. APA
Follow @7timesaz