Ölkə

Ötən gün qara görə 90 nəfər xəsarət alıb

Ötən gün qara görə 90 nəfər xəsarət alıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-dən bu saata qədər Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 90 nəfər müraciət edib.

Bu barədə 7Times.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub:

“15 nəfər əməliyyat üçün stasionara qəbul edilib”.