Ölkə

Elnur Rzayev Aşağı Zeyid kəndində səyyar qəbul keçirib – FOTO

Elnur Rzayev Aşağı Zeyid kəndində səyyar qəbul keçirib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin və aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Aşağı Zeyid kəndində növbəti səyyar qəbulu keçirilib.
Qəbulda Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Aşağı Zeyid, Qaracik Zeyid, Qaraçaycek, Qaracik, Şıxhaput, Alıcqışlaq və Çılğır kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən müraciətlərin həlli istiqamətində görülən işlərə görə minnətdarlıqlarını bildirərək, infrastruktur, kommunal xidmətlər, məşğulluq və sosial təminatla bağlı fərdi müraciətlərini diqqətə çatdırıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini diqqətlə dinləyib, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülüb.