Estoniya ilə Azərbaycan arasında 16 sənəd mövcuddur.
7Times.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.
“İki ölkə arasında daha 8 sənəd üzrə iş gedir. Yaxın vaxtlarda həmin sənədlər imzalanacaq. Estoniyanın ölkəmizdəki ilk rezident səfiri də artıq işinə başlayıb. Bu münasibətlə Estoniya tərəfini nümayəndələri təbrik edirəm. Ticarət dövriyyəsi və investasiya isə qənaətbəxş deyil. Azərbaycan 32 milyon dollar, Estoniya isə 24 milyon dollar investisiya qoyub. Azərbaycanda 72 eston şirkəti fəaliyyət göstərir. Biznes-forumların təşviqi üzrə işlər gedib. Bərpaolunan enerji və rəqəmsal transformasiya çox vacib sahələrdi”.
Follow @7timesaz


