Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatına yeni nazir təyin edilib.
Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədovun müvafiq əmri ilə Rafael Quliyev Naxçıvan MR kənd təsərrüfatı naziri Xatırladaq ki, Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova idi. O, nazir müavini vəzifəsini icra etməyə davam edəcək.
Təyinatla bağlı sərəncamın yaxın dəqiqələrdə elan olunacağı gözlənilir.
Qeyd edək ki, dünən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində MR rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə iştirak edən Xəyalə Dadaşovanın fəaliyyəti yüksək qiymətləndirilib. Kənd Təsərrüfatı Nazirliyinin müsbət inkişaf dinamikası, artımların olduğu, subsidiyalarla bağlı əvvəlki rəhbərliyin dövründə yaranmış problemlərin aradan qaldırıldığı bildirilib. Belə bir məqamda, birdən-birə quruma yeni kənd təsərrüfatı nazirinin təyin olunması böyük suallar doğurur. (Manset.az)
Follow @7timesaz