İkinci Qarabağ müharibəsi qazisi Osmanov Şamo Səddər oğlu, 30 iyun 1990-cı ildə Xaçmaz rayonunun Canaxır kəndində doğulub. Şamo Osmanov könüllü olaraq döyüşlərə qatılıb. O, Füzulidən başlayaraq Şuşaya kimi qəhrəmancasına döyüşüb. Noyabrın 6-sı ” Daşaltı” əməliyyatı zamanı ən ağır döyüşlərdə snayper gülləsindən sol ayağından yaralanıb.
Qazi bildirir ki, döyüş yoldaşları ilə birlikdə qayaları dırmaşaraq düşmənlə əlbəyaxa döyüşə giriblər.
“Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını düşmənə göstərdik. ”Şuşa” şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda işğaldan azad olundu”
Hazırladı: Müşfiq Qərib
7times.az
Follow @7timesaz