Şabran rayon Uzunboyad kənd sakini,özəl toxumçuluq təsərrüfatının sahibi Vəliyeva Səbirə Əmirağa qızı Şabran RİH-nin başçısı Asif Hüseynovun onlardan aldığı arpa toxumunun pulunu vermədiyini bildirir.
Sahibkarın sözlərinə görə bir neçə il bundan öncə icra başçısı Asif Hüseynov onların toxumçuluq təsərrüfatına gedərək 15 ton toxumluq arpa alıb.O toxumun pulunu qısa zaman ərzində verəcəyini bildirsə də üstündən bir neçə il keçməsinə baxmayaraq hələ də icra başçısına satdıqları məhsulun pulunu ala bilmirlər.
Xanım sahibkarın oğlu Vüsal Muradovun “7Times.az”-a verdiyi məlumata görə icra başçısı Asif Hüseynov onlara ümumilikdə 10500 manat zərər vurub.