Münaqişə

Mayis Bərxudarov Şuşa dağlarına baxıb hönkür-hönkür ağladı – General-mayorla çiyin-çiyinə döyüşən qazimiz danışdı

Mayis Bərxudarov Şuşa dağlarına baxıb hönkür-hönkür ağladı – General-mayorla çiyin-çiyinə döyüşən qazimiz danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mayis Bərxudarov Şuşa dağlarına baxıb hönkür-hönkür ağladı”.

Vətən müharibəsində əsgərləri ilə çiyin-çiyinə döyüşən general-mayor Mayis Bərxudarovun əsgəri döyüşdə onunla bağlı olan xatirələrini 7imes.aza danışıb. Vətən müharibəsinə könüllü yollanan Xaçmaz rayon Canaxır kənd sakini Şamo Osmanov Mayis Bərxudarovun çox şücayətli və qəhrəman bir döyüşçü olduğunu bildirib.

“Mayis Bərxudarovla bir cəbhədə, çiyin-çiyinə döyüşdüyüm üçün qürur duyuram. Fəxarət hissi keçirirəm. O general olmasına baxmayaraq bizimlə bir dost kimi davranırdı”.

Döyüşlərin birində general-mayor Mayis Bərxudarov yüngül yaralanıb. Amma buna baxmayaraq o yerində ilkin tibbi yardım aldıqdan sonra yenidən döyüşə qatılıb. Zabit yoldaşları ona hospitala getməyi tövsiyə etsə də, o bundan imtina edib. Mayis Bərxudarov Şuşa döyüşləri öncəsi döyüşə qatılan şəxsi heyəti toplayaraq onlara müraciət edib.

“Baxın dostlar, baxın qardaşlar, bura Şuşamızın dağlarıdır. Başı dumanlı dağları. Bu döyüşdə iştirak etmək hamımız üçün bir şərəfdir.
Müraciətdən sonra o üzünü çevirib hönkür-hönkür ağladı. Bu anı heç zaman unutmaram. Heç bir sözlə, ifadə ilə o döyüşlərdə Ordumuzun şücaətini və qəhrəmanlığını anlatmaq mümkün deyil. Bu döyüşlərdə bizə güc verən əsas amillərdən biri də Mayis Bərxudarovun şücaəti, fədakarlığı və qəhrəmanlığı idi. Onunla qürur duyuram”.

Şuşa uğrunda gedən qızğın döyüşlərdə sol ayağından yaralanan əsgər Şamo Osmanov yaralı olmasına baxmayaraq daha 1 gün döyüşdə iştirak edib. Şamo Osmanovla bağlı geniş videomaterial saytımızda ötən gün dərs olunub.

7times.az

Müşfiq Qərib