Vətən müharibəsi zamanı Xaçmazda baş verən hadisə eşidənləri dəhşətə gətirib. Savaşın qızğın günlərində Xaçmaz rayon Köhnə Xaçmaz kənd sakini Nİcat Osmanovun şəhid olması xəbəri gəlir. Oktyabr ayının 7-si şəhidin nəşi doğulduğu kənddə gətirilərək dəfn edilib. Ailə şəhadətə qovuşan övladlarının acısını yaşayarkən hadisədən 3 gün sonra Nİcat Osmanov atasına zəng edib.
“Ay ata eşitdim məni dəfn etmisiz”.
Kədərləri sevincə qarışan Nİcat Osmanovun atası böyük sarsıntı keçirirb. Qısa zaman ərzində xəbəri eşidən yüzlərlə kənd sakini Osmanovlar ailəsinə gözaydınlığı vermək üçün onların evlərinə axışıb.
Maraqlısı da odur ki, Nİcat Osmanovun yerinə dəfn edilən əsgərin adı da Nİcat Osmanov olub. Hətta onların atalarının adları və təvəllüd də eyni olub. Osmanov Nİcat Elşad oğlu
Nicatın atası Elşad Osmanov baş verən bu hadisədə heç kimi günahlandırmır:
“Məni meyiti tanımaq üçün morqa apardılar. Baxdım və o cəsədin mənim oğluma aid olduğunu bildirdim. Eyni ad eyni soyad eyni ata adı olmağı bir yana, şəhid olan Nİcat Osmanovla oğlum Nİcat Osmanovun fizioloji oxşarlıqlarıda var idi. Sadəcə bir fərq varmış. Mənim oğlum cəbhənin şimal istiqamətində, Suqovuşanda döyüşüb. Şəhid olan Nİcat Osmanov isə cəbhənin cənub istiqamətində, yəni Füzuildə xidmətdə olub.
Məlum hadisədən sonra aidiyyatı orqanlar tərəfindən dəfn edilən Nİcat Osmanovun nəşi məzardan çıxarılaraq öz ailəsinə təhvil verilib.
Osmanov Nİcatın atası Elşad Osmanov deyir mən yenə də özümü şəhid atası hesab edirəm və hər zamanda ele hesab edəcəm.
Vətən uğrunda gedən döyüşlərdə Nİcat Osmanov da bir neçə dəfə yaralanıb. Hazırda o hərbi xidmətini davam etdirir.
7times.az
Müşfiq Qərib
Follow @7timesaz