Cəmiyyət

Pulsuz verilməli olan müalicə paketi 53 manata satılır? – AÇIQLAMA – FOTO

Pulsuz verilməli olan müalicə paketi 53 manata satılır? – AÇIQLAMA – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus olduğu iddia edilən, evdə müalicə alan vətəndaşlara pulsuz verilməli olan müalicə paketləri satıldığı ilə bağlı məlumatlar yayılıb.

7times.az xəbər verir ki, bununla bağlı fotoları paylaşan sosial şəbəkə istifadəçiləri həmin paketlərin apteklərdə 53 manata təklif edildiyini bildirib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, həmin paketlər Birliyə məxsus deyil:

“TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərinin hər iki, ön və arxa tərəfində TƏBİB-in loqosu var. Amma satışa çıxarılan paketlərin üzərində TƏBİB-ə aid loqo yoxdur. Hansısa aptek tərəfindən dizayn olunub”.

Pulsuz verilməli olan müalicə paketi 53 manata satılır?- AÇIQLAMA (FOTO)