Dünya

“Azərbaycanla münasibətlərə mane olmaq cəhdləri baş tutmayacaq”– Pezeşkian

“Azərbaycanla münasibətlərə mane olmaq cəhdləri baş tutmayacaq”- Pezeşkianbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkian Tehranda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı bəyan edib ki, Azərbaycanla əlaqələrin genişləndirilməsi İranın xarici siyasət prioritetlərindən biridir.

 

7Times.az İran mediasına istinadən bildirir ki, İran prezidentinin sözlərinə görə, bədxahların iki ölkə arasında səmərəli münasibətlərə mane olmaq cəhdləri baş tutmayacaq.

 

“Biz bu əlaqələrin bütün sahələrdə genişləndirilməsində maraqlıyıq. İki ölkə arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın inkişafına heç bir maneə yoxdur”, – Pezeşkian qeyd edib.