Ölkə

Azərbaycana 14 kq-dan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Azərbaycana 14 kq-dan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) nəlumat yayıb.

Bildirilib ki, DSX-nin “Lənkəran” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində 99-PC-617 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Azərbaycan vətəndaşları – Cəfərov Emin Cəfər oğlu və Rəhmətullayev Neman Arif oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.