Yeni Klinikanın tərkibində fəaliyyət göstərən transplantasiya şöbəsində sümük iliyinin transplantasiyası əməliyyatı üçün bütün dünya standartları yaradılıb.
7Times.az xəbər verir ki, transplantasiya prosedurları tam sterilizasiya qaydasında aparılır.
Xəstələrin əməliyyatı 1-3 ay ərzində yekunlaşır. Şöbə avadanlıq və həkim heyəti ilə tam təmin olunub.
Köçürmə əməliyyatından sonra tibbi prosedurlar üçün xüsusi həkim briqadası fəaliyyət göstərir.
Yeni Klinikada aparılan ilikköçürmə əməliyyatı icbari tibbi sığorta ilə mümkün olacaq. Xidmət böyüklər və kiçiklər üçün nəzərdə tutulub.
Follow @7timesaz


