Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Vüsal Rüstəmovun və şəhid Elvin Qayıbovun ailə üzvləri ilə görüşüb. İcra başçısı şəhid Vüsal Rüstəmovun oğlu Şahin Rüstəmovu 10, şəhid Elvin Qayıbovun qızı Nur Qayıbovanı isə 5 yaşı tamam olması münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Görüş zamanı ad günlərini qeyd edən şəhid övladlarına hədiyyələr təqdim olunub.



