“Gələn il pensiyalar 9,3 faiz artırılacaq”.
7times.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.
O qeyd edib ki, orta aylıq pensiyaların məbləği 338 manata yüksələcək:
“Yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı gözlənilir. Həmçinin müavinətlərdə də xeyli artımlar planlaşdırılır”.qafqazinfo
Follow @7timesaz