Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub.
7times.az Qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Siyəzənin RPŞ-nin Xidmət Üzrə Rəis müavini polis polkovnik-leytenantı Əhməd Cəlilov vəzifəsindən azad edilərək Gəncə şəhər Baş Polis İdarəsinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Teymur Hacıyevdir.
Follow @7timesaz