2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub.
7Times.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Belə ki, müraciətlərin 1050-si üzrə müsbət qərar verilib, 255 müraciət isə mənfi qiymətləndirilib.
Məlumata görə, mənfi qərarların əsas səbəbləri tədris yükünün normativdən az olması (110 hal), kredit fərqi (50), hər iki səbəbin birlikdə olması (28), təhsilalma forması (14), saxta diplomlar (10), ekvivalenti olmayan ixtisaslar (10) və digər uyğunsuzluqlarla bağlıdır.
Ölkələr üzrə Türkiyə Respublikasından 445, Rusiya Federasiyasından 356, Ukraynadan 203, Birləşmiş Krallıqdan 73, Gürcüstandan 46, Polşa Respublikasından 27, İtaliya Respublikasından 21, Macarıstandan 19, Almaniya Federativ Respublikasından 12, Belarus Respublikasından 11, Amerika Birləşmiş Ştatlarından 10, Koreya Respublikasından 9, Qazaxıstan və Çin Xalq respublikalarının hər birindən 6, Avstriya Respublikası və İsveçrə Konfederasiyasının hər birindən 5, Çex, Latviya, Litva, Özbəkistan respublikaları və İsveç Krallığının hər birindən 4, Fransa, Qırğız, İran İslam, Misir Ərəb respublikaları, Malayziya, həmçinin Niderland və Belçika krallıqlarının hər birindən 2, Estoniya, İndoneziya, Kosta Rika, Moldova, Qana, Sudan, Yəmən, Banqladeş Xalq və Pakistan İslam respublikaları, İsrail Dövləti, Kanada, Lüksemburq, Yaponiya, eləcə də Danimarka və İspaniya krallıqlarının hər birindən 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət olub.
Follow @7timesaz


