Rəsmi Kiyev Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Volodimir Zelenski ilə Vladimir Putin arasında görüşə hazırdır.
“7Times.az” xəbər verir ki, belə bir açıqlama ilə Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa çıxış edib.
Sibiqa deyib ki, “Biz Türkiyədə Ərdoğan və Trampın iştirakı ilə Zelenski-Putin formatında liderlər görüşünə hazırıq”.
Nazirin dediyinə görə, Ukrayna bu yaxınlarda bu siqnalı Türk tərəfdaşlarına çatdırıb: “Çünki Türkiyə sülh səylərində mühüm rol oynayır”.
Qeyd edək ki, bundan öncə Vladimir Putin dəfələrlə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Moskvada görüş təklif edib. Sonuncu belə dəvət Kremldən 2026-cı ilin fevral ayında gəlib.
Sibiqa bu təklifi “qəbuledilməz” adlandırıb, Zelenski isə deyib ki, Putin bu dəvətlə onunla görüşmək istəmədiyini ortaya qoyub: “Amerikalı tərəfdaşlarımız bizə Putinin məni Moskvaya dəvət etdiyini dedilər. Görüşdən yayınmaq istəyirsinizsə, məni Moskvaya dəvət etməlisiniz”.
Follow @7timesaz


