Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Vüsal Nəsirli və aidiyyəti təşkilatların rəhbər şəxslərinin iştirakı ilə Quba-Qonaqkənd-Muçu avtomobil yolunda yaranmış vəziyyətə baxış keçirilib.
“7Times.az” xəbər verir ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunda baş verən torpaq sürüşməsindən sonra yolun 41-ci km-dən başlayaraq alternativ yolun tikintisi ilə tanış olan Vüsal Nəsirli daha sonra Quba-Alpan-Susay-Xınalıq avtomobil yolunda baş verən torpaq sürüşməsinin yaratdığı fəsadlara baxış keçirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Quba RİH-dən verilən məlumata görə, alternativ yolun tikintisi 5 gün müddətində yekunlaşacaq. Həmin kəndlərdə əhalinin yaşayışı üçün lüzumlu olan bütün tədbirlər həyata keçirilib. Ərzaq məhsullarının əraziyə daşınması təmin edilib.


