Dünya

“Yeni hadisələr istənilən an baş verə bilər” – Netanyahu

“Yeni hadisələr istənilən an baş verə bilər” – Netanyahubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Baş naziri Benyamin Netanyahu Argentina Prezidenti Xavyer Mili ilə görüşündən sonra verdiyi birgə açıqlamada İrana qarşı hərbi əməliyyatların hələ bitmədiyini bildirib.

“Yeni hadisələr istənilən an baş verə bilər. Sabah və ya o biri gün nə baş verəcəyini kim bilir? ABŞ və İsrail müəyyən edilmiş strateji məqsədlərinə çatmağa sadiq olaraq qalılrlar”, -deyə o bildirib.

Digər tərəfdən, diplomatik arenada vəziyyət daha da gərginləşib. 11 apreldə Pakistanda keçirilən və 21 saat davam edən nəticəsiz danışıqlardan sonra sabah axşam İslamabadda başlaması planlaşdırılan danışıqların təxirə salınması gündəmdədir.

İran tərəfi bəyan edib ki, ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadası qaldırılmadıqca masa arxasına oturmayacaq.