ABŞ-İran danışıqlarının mümkün ikinci mərhələsində iştirak etmək üçün Amerika nümayəndə heyətinin “qabaqcıl komandası”nı daşıyan ən azı iki təyyarə İslamabada eniş edib.
Hadisələrlə tanış olan bir neçə Pakistan mənbəsinin bildirdiyinə görə, təyyarələr bazar günü Pakistanın paytaxtına enib və nümayəndələr daha sonra beşulduzlu otelə yerləşdirilib. Məlumata görə, bu səfər İran tərəfi ilə yüksək səviyyəli danışıqların ikinci mərhələsinə hazırlıq məqsədi daşıyır.
Qeyd olunur ki, bu hadisə ABŞ Prezidenti Donald Trampın İranla davam edən danışıqlara nikbin yanaşaraq razılaşmanın əldə olunması üçün “çox yaxşı şans” olduğunu bildirməsindən sonra baş verib.
İran tərəfi isə hələlik İslamabada nümayəndə heyəti göndərib-göndərməyəcəyi barədə rəsmi açıqlama verməyib.
Follow @7timesaz


