Dünya

Pentaqonda ordu daxilində gərginlik davam edir – ABŞ nəşri detalları açıqladı

Pentaqonda ordu daxilində gərginlik davam edir – ABŞ nəşri detalları açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusu daxilində müdafiə naziri Pit Heqsetlə Ordu Baş Qərargah rəisi Rendi Corcu Driskoll arasında gərginlik davam edir.

Məlumata görə, o, Donald Trampın onu postundan uzaqlaşdıraraq yerinə quru qoşunları naziri Daniel Driskollu təyin edə biləcəyindən narahatdır.

Bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, Heqset və Driskoll arasında münasibətlər uzun müddətdir gərgindir. İddialara əsasən, tərəflər ordunun gündəlik fəaliyyəti, maliyyə və təchizat məsələləri üzərində tez-tez toqquşurlar. Bildirilir ki, 2025-ci ilin əvvəlində Driskoll hərbi islahatları müzakirə etmək üçün Tramp və Vensin hərbçilərlə görüşünü təşkil etməyi təklif edib. Bu isə Heqsetin sərt reaksiyasına səbəb olub — nazir öz səlahiyyətlərinin aşılmamasını tələb edərək ona qışqırıb.

Mənbələrin sözlərinə görə, bundan sonra tərəflər arasında qarşıdurma bir neçə dəfə təkrarlanıb. Hətta Driskoll məzuniyyətdə olarkən Heqset qərargah rəisi və bir neçə yüksək rütbəli generalı vəzifədən azad edib.

Daha əvvəl “The Washington Post” yazmışdı ki, Heqset Driskollu birbaşa işdən çıxara bilmədiyi üçün ona qarşı təzyiq strategiyası seçib və vəziyyəti onun üçün çətinləşdirməyə çalışır. Bu yanaşma isə nazirin ünvanına tənqidlərin artmasına səbəb olub.

Qeyd edilir ki, noyabr ayında Tramp Driskollu Ukrayna üzrə danışıqlar qrupuna daxil edib. Bu qərar Pentaqon daxilində suallar doğurub — çünki belə bir missiya üçün məhz Heqsetin deyil, Driskollun seçilməsi diqqət çəkib. Mənbələr bildirir ki, Heqset Ağ Evdən Driskollun bu prosesdən kənarlaşdırılmasını istəyib.

“AzPolitika.info”