Dünya

BMT-DƏN XƏBƏRDARLIQ – Bu yay rekord istilərlə müşahidə oluna bilər

BMT-DƏN XƏBƏRDARLIQ – Bu yay rekord istilərlə müşahidə oluna bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin nəzdində fəaliyyət göstərən Ümumdünya Meteorologiya Təşkilatı xəbərdarlıq edib ki, yaxın aylarda yeni “El Nino” iqlim hadisəsi formalaşa bilər.

“7Times.az” xəbər verir ki, təşkilatın proqnozuna görə, 2026-cı ilin yay aylarında bu hadisənin baş vermə ehtimalı 80 faizdir və onun ilin sonuna qədər davam etməsi gözlənilir.

Mütəxəssislər bildirirlər ki, Sakit okeanın ekvatorial hissəsində dəniz səthinin temperaturunun yüksəlməsi “El Nino”nun yaranması üçün əlverişli şərait yaradıb. Bu proses qlobal temperaturun daha da artmasına, həmçinin dünyanın müxtəlif bölgələrində quraqlıq, istilik dalğaları, güclü yağışlar və daşqınlar kimi ekstremal hava hadisələrinin çoxalmasına səbəb ola bilər.

WMO ölkələri mümkün təsirlərə hazır olmağa çağırıb. Qeyd olunub ki, “El Nino” bəzi ərazilərdə su qıtlığını dərinləşdirə, digər bölgələrdə isə intensiv yağıntılar və daşqın riskini artıra bilər.

BMT-nin Baş katibi Antonio Quterreş də bu prosesi ciddi iqlim siqnalı kimi qiymətləndirərək vurğulayıb ki, “El Nino” artıq qlobal istiləşmənin yaratdığı problemləri daha da gücləndirə bilər.