Sloveniyanın Lyublyana şəhərinə uçan “Israir” İsrail aviaşirkətinə məxsus təyyarə geri qaytarılıb. Sloveniya hakimiyyəti təyyarəyə eniş icazəsi verməyib. Nəticədə təyyarə istiqamətini dəyişərək Xorvatiyaya – Zaqrebə eniş etmək məcburiyyətində qalıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
“Israir” şirkətinin baş direktoru Uri Sirkis bildirib ki, Sloveniyanın qərarı siyasi motivli olub: “Lyublyanaya gedən “Israir” təyyarəsi Zaqrebdə eniş etmək məcburiyyətində qalıb, çünki Lyublyana hakimiyyəti sərt siyasi mövqeyinə görə İsrail aviaşirkətlərini qəbul etməkdən imtina edib. Bu, Avropa Birliyi aviasiya müqavilələrinin kobud şəkildə pozulmasıdır”.
Nəticədə, Sloveniyaya gedən sərnişinlər gözlənilmədən Xorvatiyada peyda olublar və gecikmələr, əlavə logistika problemləri ilə üzləşiblər.
İsrail tərəfi bildirib ki, həm Sloveniya hakimiyyəti, həm də Avropa aviasiya tənzimləyiciləri ilə danışıqları davam etdirir.
İsrail aviadaşıyıcıları bəyan edib ki, siyasi səbəblər ucbatından bir neçə Avropa ölkəsi ilə hava nəqliyyatı sahəsində problemlər yaşanır və onlar artmaqdadır.
Follow @7timesaz


