Dünya

İsrailin milli təhlükəsizlik naziri Livanla razılaşmaya qarşı çıxıb

İsrailin milli təhlükəsizlik naziri Livanla razılaşmaya qarşı çıxıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir Livanla atəşkəs razılaşmasını kəskin tənqid edərək onu ciddi səhv kimi qələmə verib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Ben-Qvir iddia edir ki, bu razılaşma “Hizbullah”ın mövqelərini gücləndirməsinə imkan verəcək. O eyni zamanda Baş nazir Binyamin Netanyahunu ABŞ Prezidenti Donald Trampa “yox” deyə bilmədiyi üçün İsrailin suverenliyini qorumaqda uğursuzluqda ittiham edib.

Bununla əlaqədar nazir sözügedən qərarın müzakirəsi və səsverməsi üçün Nazirlər Kabinetinin təcili iclasının çağırılmasını tələb edib.