Ölkə

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Qanunsuz saxlanılan silahlar aşkarlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 tüfəng, 2 patron darağı və 548 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə 7Times.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.