Dünya

Ermənistanın növbəti prezidenti Simonyan olacaq?  “Hakim partiya seçimini edib”

Ermənistanın növbəti prezidenti Simonyan olacaq? – “Hakim partiya seçimini edib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hazırkı prezidenti Vahaqn Xaçaturyanın səhhətindəki problemlərlə bağlı vəzifəsindən ayrılacağı gözlənilir.

“7Times.az” xəbər verir ki, bu barədə öncə “Hraparak” nəşri məlumat verib. Daha sonra Ermənistan mediası Nikol Paşinyanın ətrafında prezidentlik postu uğrunda pərdəarxası yarış getdiyi barədə xəbərlər yaymağa başlayıb.

Media yazır ki, Xaçaturyanın yerinə Ermənistan Parlamentinin sədri Alen Simonyan gətiriləcək. Bu barədə Ermənistan KİV-ləri hökumət mənbələrinə istinadla məlumat yayıb.

İddia olunur ki, qərar hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin iclasında qəbul edilib. Həmçinin iddia edilir ki, hazırkı prezident Vahaqn Xaçaturyan Nikol Paşinyanın baş məsləhətçisi vəzifəsinə gətiriləcək.

Daha əvvəl media yazmışdı ki, prezident postuna 3 namizəd var – Baş nazirin aparat rəhbəri Araik Harutyunyan, XİN başçısı Ararat Mirzoyan və Alen Simonyan.